Azərbaycanda Latviya Günləri keçirilir

Noyabrın 14-dən Azərbaycanda Latviya Günləri başlayır.

Bununla əlaqədar Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Bakıdadır.

Dekabrın 12-ə qədər davam edəcək kampaniya «Latviyanı duyun» şüarı altında keçiriləcək.

Latviya Günləri çərçivəsində tarixi komediya janrında olan «Rudolfa Mantoyuns» bədii filminin nümayişi, Latviyanın caz ifaçısı İntars Busulisin çıxışı da nəzərdə tutulur.