Almaniyada daha bir neonasist həbs olunub

Foto: Arxiv

Almaniya polisi 8 türkün və 1 yunanın qətlində şübhəli bilinən neonasist qrupun daha bir üzvünü həbs edib.

Beate Z (soyadı açıqlanmır) adlı həmin şəxs indiyə qədər barəsində heç bir məlumat olmayan Milli Sosialist Təşkilatının üzvü imiş.

Bundan əvvəl həmin qruplaşmanın 37 yaşlı başqa bir üzvü də həbs olunmuşdu.

Qruplaşma üzvləri 2000-2007-ci illərdə Almaniyanın müxtəlif şəhərlərində əsasən türk mənşəli xarici vətəndaşların qətlində şübhəli bilinirlər. Onların hədəfində kiçik biznesmenlər, xüsusilə dönər restoranlarının sahibləri olub.

Onlar öz qurbanlarını günün günorta çağı sifətlərinə atəş aşmaqla öldürüblər.