Girov götürülmüş Fransa vətəndaşları azad olub

Yəməndə 5 aydır girov saxlanılan 3 Fransa vətəndaşı azad olunub.
 
Bir kişi və iki qadının azad olunması xəbərini Fransa prezidenti Nicola Sarkozy elan edib. O girovların azad olunması üçün göstərdiyi köməyə görə Oman kralına təşəkkür edib.
 
Girov götürülənlər humanitar təşkilatın üzvləri olublar. Onları mayın axırında “Əl-Qaidə” ilə əlaqəli olan yaraqlılar girov götürmüşdülər.