Rusiya Suriyaya silah satışını davam etdirir

Rusiya Suriyaya silah satışıyla bağlı müqavilənin şərtlərini yerinə yetirməkdə davam edir.

BBC-nin məlumatına görə, bunu Rusiya Federal hərbi-texniki əməkdaşlıq xidmətinin direktor müavini Vyaçeslav Dzirkin Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib.

O Suriyaya silah göndərilməsinə elə bir məhdudiyyət olmadığını qeyd edib.