Rusiya Liviyadakı zenit raket komplekslərinin taleyindən narahatdır

Moskva yeni Liviya hakimiyyətinin əlinə keçən silahlara nəzarət məsələsindən narahatdır.

Rusiya Federal hərbi-texniki əməkdaşlıq xidmətinin direktor müavini Vyaçeslav Dzirkin bildirib ki, söhbət ilk növbədə personal zenit raket komplekslərindən gedir.

O qeyd edib ki, Rusiya Qaddafi devrildikdən sonra Liviyada müvəqqəti milli şuranın əlinə keçən bu tipli silahlara nəzarətlə bağlı BMT-nin təhlükəsizlik şurasına qətnamə layihəsi hazırlayıb.

Bu barədə Rusiya agentlikləri xəbər verirlər.