Suriya Ərəb Dövlətləri Lİqasıyla əməkdaşlığa hazır olduğunu deyir

Suriya hakimiyyəti ölkədəki vəziyyəti Ərəb Dovlətləri Liqasının üzvlərilə müzakirə etməyə hazır olduğunu bildirib.

Suriya hakimiyyətinin bazar günü yaydığı bəyanatda ərəb ölkələrinə Suriyaya müşahidəçilər qrupu göndərmək təklif olunur.

Ərəb Dövlətləri Liqası Suriyada dinc sakinlərə qarşı zorakılıqların davam etməsinə etiraz olaraq onun bu təşkilatda iştirakını dayandırıb.

ABŞ və Avropa Birliyi Liqanın qərarını alqışlayıblar.