Xarici diplomatlar həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevə baş çəkiblər

Foto arxiv

Böyük Britaniya və Polşa səfirlikləri, habelə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin bir neçə əməkdaşı bu gün 14 saylı cəzaçəkmə müəssisəsində gənc fəal Bəxtiyar Hacıyevə baş çəkib, onun saxlanma şəraiti ilə tanış olublar.

Bəxtiyar Hacıyev hələ ki, saxlanma şəraitindən narazı olmadığını bildirib.

ABŞ-ın Harvard Universitetinin məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev bu il martın 4-də həbs edilib.

Gənc fəal bu ilin mayında hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.

Amma o həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu deyir.