Çin Clintonu ölkənin daxili işlərinə qarışmaqda ittiham edir


ABŞ Dövlət Katibi Hillary Clintonun Çində insan haqları sahəsində vəziyyətdən narahat olduğunu bildirməsini Pekin ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir.

Dövlət katibi noyabrın 10-da Pekini etnik tibetlilərə işgəncələrdə və insan haqları fəalı tibetlilərlə Chen Guangcheng-u ev dustağı kimi saxlamaqda ittiham etmişdi.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei isə bildirir ki, Pekin “Çinin daxili işlərinə və məhkəmələrinin suverenliyinə kənar müdaxiləni rədd edir”.