Azərbaycan və Macarıstan arasında 5 sənəd imzalanıb

Noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub.

Bu sənədlər imzalanıb:

- Vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum;

- Müdafiə nazirlikləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş;

- Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

- Daxili işlər nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

- Hökumətlər arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Macarıstan prezidenti Pal Schmitt mətbuata bəyanatlarla çıxış ediblər.