Türkiyədə yenidən zəlzələ olub (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyənin Van bölgəsində noyabrın 9-da gecə yenidən zəlzələ olub. 5,6 bal gücündə zəlzələ nəticəsində 25 bina uçub. Onlardan 23-də yaşayış olmayıbmış. İki otelin dağıntılarının altından 23 yaralı xilas edilib. Rəsmilər 7 nəfərin həlak olduğunu deyirlər.

Türkiyənin Van vilayətində yenidən zəlzələ olub.

Yerli vaxtla 21:23-də baş verən 5.6 bal gücündə zəlzələ nəticəsində 25 bina uçub. Onlardan 23-də yaşayış olmayıbmış. İki otelin dağıntılarının altından 23 yaralı xilas edilib.

Türkiyənin Fəlakət və Fövqəladə Hallar Nazirliyinin bu səhərə olan məlumatına əsasən, ölənlərin sayı 7-dir.

Xilasetmə işləri davam edir.

Oktyabrın 23-də Van vilayətində baş verən 7.2 bal gücündə zəlzələ nəticəsində 600-ə yaxın adam ölmüş, yüzlərlə adam yaralanmışdı.