Macarıstan prezidenti Azərbaycana gəlir

Macarıstan prezidenti Pal Schmitt noyabrın 10-11-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər zamanı əsasən iqtisadi, ticarət və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

Macarıstan “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının potensial alıcılarından biridir.

Pal Schmitt Azərbaycandan əvvəl Özbəkistan və Türkmənistanda olacaq.