Ekspert:"Azərbaycan insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmalıdır”

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmalıdır”.

Bunu Human Rights Watch təşkilatının BMT-dəki nümayəndəsi Filim Bolopion Turanın Vaşinqton müxbiri ilə söhbətində bildirib.

O qeyd edib ki, söhbət böhtana görə cəzanın dekriminallaşması, siyasi məhbusların azad edilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi, ifadə və dini azadlıqlardan gedir.