Boks üzrə keçmiş dünya çempionu Coe Frazier xərçəngə tutulub

Boks üzrə keçmiş dünya çempionu Coe Frazier xərçəngdən əziyyət çəkir.

Bu barədə onun menenceri Lesli Vulf məlumat verib.

Onun sözlərinə görə, bir ay bundan əvvəl 67 yaşlı Frazierin ciyərində xərçəng şişi aşkar olunub və o hazırda Filadelfiyada müalicə olunur.

1970-1973 cü illərdə çempionluq titulunu qazanan Coe Frazier peşəkar boksda əfsanəvi Muhammad Alini məğlub edən ilk adamdır.