Könüllülər Kosmik təcrid modulundan çıxıblar


Altı könüllü noyabrın 4-də Marsa səyahəti sınaqdan keçirmək üçün yaradılan xüsusi təcrid kapsulundan çıxıb. Müxtəlif ölkələrin təmsilçiləri olan altı könüllü Moskva yaxınlığındakı təcrübə kapsulunda 520 gün qalıblar.

Təcrübədə Marsa mümkün səyahət zamanı insanın uzunmüddətli çəkisizlik, qeyri-müəyyənliyə necə reaksiya verməsi sınanılıb.

Rusiya televiziyasının göstərdiyi kadrlarda onların səhhətlərinin yaxşı olduğu görünür. Mars 500 missiyasının komandiri Aleksei Sityov bildirir ki, qarşıya qoyulan məqsədə çatılıb.