Həccə nə geyinməli?

Xarici görünüş Məkkəyə səfər zamanı böyük rol oynayır. Fotoda: Müsəlman zəvvarlar Həcc ərəfəsində (31 oktyabr) Məkkədəki Baş Məscidə toplaşırlar  (reuters)

Müsəlmanlar zəvvarlıq andı içib, tikişsiz paltarlar geyinirlər. Buna «ihram» deyirlər. Fotoda: Qroznıda çeçen dizayneri hicab ütüləyir (reuters)

Bura Kabildir. Hökumətin təşəbbüsü ilə təlimatçılar Məkkəyə yola düşəcək əfqan zəvvarlarına ayinləri öyrədirlər. (rfe/rl)

Mərkəzi Asiya ölkələrinin bir çoxunda zəvvarlar vətənlə milli paltarda  xudahafizləşirlər. Fotoda: Türkmən qızları milli geyimdə rəqs edirlər. (rfe/rl)

Həcc zamanı qadınlar üzlərini örtməməlidirlər. Onlar Məkkəni müşayiətsiz ziyarət edə bilməzlər. (reuters)  

Amma qadınlar şlyapa qoya bilərlər. Fotoda: Məkkədə iki şlyapalı qadın başqa zəvvarlarla hərəkət edir. (epa)

Tacikistanda xüsusi hazırlanmış Həcc geyimi də sifariş etmək olar. Həcc zamanı kütlə arasında itməmək üçün. (rfe/rl)

Qadınlar hətta hicablarını milli bayraqlarla bəzəyirlər. Fotoda: Əfqan qadınları Səudiyyə Ərəbistanına uçacaq təyyarəyə minirlər. (rfe/rl)

Amma təyyarədə çimmək olmaz. Möminlər bütün zəruri ihram ayinlərini təyyarəyə minməmişdən əvvəl yerinə yetirməli olurlar. Fotoda: Əfqan zəvvarlar Həcc reysinə minirlər. (rfe/rl)

Həcc zamanı kişilər başlarını təmiz qırxdırır, qadınlar isə saçlarını kəsdirirlər. Bu, ənənəvi qurbanlıq rəmzidir. Bundan sonra «şeytanı daşlama» adlanan ayin icra olunur. (afp)

Müsəlmanların çoxu inanır ki, Həcc vaxtı güzgüyə baxmaq qadağandır, Həcc ruhu Allaha yaxınlaşdırmalıdır, vücudu yox. (Seattle Municipal Archives)

Zəvvarlar, xüsusilə kişilər ayaqqabı geyinmirlər, onlar səndəllərə üstünlük verirlər. Fotoda: Müsəlman zəvvarlar avtomobilin arxasında Məkkədən Minaya gedirlər. (afp)

Zəvvarlar daha çox təmizlik rəngi olan ağa bürünürlər. Fotoda: Zəvvarlar Məkkənin cənub-şərqindəki Arafat dağına yığışırlar. (afp)