Müsəlmanların müqəddəs Həcc ziyarəti başlanır

Bu gün müsəlmanların müqəddəs Həcc ziyarəti başlanır. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları bildirib ki, ziyarətdə 2 milyon yarıma qədər zəvvar iştirak edəcək. 
 
Məhəmməd peyğəmbərin doğulduğu Məkkə şəhəri müsəlmanların əsas müqəddəs ziyarətgahlarından sayılır.
 
İslam dininə görə, hər bir müsəlman  heç olmasa bir dəfə Məkkəni ziyarət etməlidir.