Çindəki partlayışda 4 şaxtaçı ölüb

Çinin Henan əyalətində şaxtada baş verən partlayış nəticəsində 4 şaxtaçı həlak olub. Xilasedicilər 7 nəfər yaralını çıxarda biliblər. 50 adam isə hələ də şaxtadadır. Xilasetmə işləri davam etdirilir.

“Sinxua” agentliyinin xəbərinə görə, partlayış vaxtı 14 nəfərin həyatı xilas edilib. Mütəxəssislər bildirir ki, şaxtada partlayış bu ərazidə baş verən kiçik təkanlı zəlzələ nəticəsində baş verib.