Hadı Rəcəbli: Nikah yaşının qaldırılması sosial sifarişdir

Foto: Arxiv

Azərbaycanda əksər ailələr qadınlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılmasının tərəfdarıdır.

Bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

«Ailə quracaq qız gərək məktəbi bitirsin, fizioloji, bioloji cəhətdən hazır olsun», - o deyib.

Komitə sədri qeyd edib ki, dünyanın 135 ölkəsində nikaha məhz 18 yaşdan icazə verilir.

Milli Məclisdə Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılır.

Həmçinin, qadını nikaha məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. /Trend/