Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub

Noyabrın 1-də prezident İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanmışdı.

100 çarpayılıq bu müalicə müəssisəsi müasir avadanlıqlarla təchiz edilib.

Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış olub.