MF Global iflas oldu

Dünya bazarında böyük brokerlərdən biri olan Amerika şirkəti - MF Global Avropa böhranının ABŞ-dakı ilk qurbanı oldu. Şirkət faktiki olaraq iflas olduğunu bəyan edib.

Şirkətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmə ehtimalı artıq şübhə altındadır. Ötən həftə MF Global elan edib ki, cari ilin ikinci kvartalında şirkətə rekord həddə ziyan dəyib. Məhz bundan sonra onun aksiyalarının dəyəri yarıdan da aşağı düşüb.

MF Global ABŞ tarixində iflasa uğrayan səkkizinci böyük şirkət hesab olunur. Bununla əlaqədar Nyu-York birjasında da qiymətlərdə enmə müşahidə olunub.