Dünyada hər 7 adamdan biri acdır

Somali

BMT Baş katibi Ban Ki-moon belə deyib və bildirib ki, dünya liderləri vaxtında varlılarla kasıblar arasında artan fərqi azaltmasalar, dünyanı üsyanlar gözləyir.

BMT-nin hesablamalarına əsasən, oktyabrın 31-də dünyanın 7 milyardıncı sakini doğulub. Ban Ki-moon deyib ki, bu 7 milyardın 1 milyardı aclıq həddində yaşayır.