Tashiyevin tərəfdarları etiraz aksiyası keçirib

Qırğızıstanda keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz olaraq namizədlərdən biri, keçmiş fövqəladə hallar naziri Kamchybek Tashiyevin tərəfdarları Bişkek-Oş avtomobil yolunu bağlayıb. Aksiyada 200-ə yaxın etirazçı iştirak edib.

Seçkidə keçmiş baş nazir Almazbek Atambaev qalib gəlib. O səslərin 63 faizini yığıb. Qanunvericiliyə görə, səslərin yarısını toplayan şəxs qalib sayılır.

Parlamentin keçmiş sədri Adakhan Madumarov (14,9) ikinci, keçmiş fövqəladə hallar naziri Kamchybek Tashiyev (14,30) üçüncü yeri tutub.