2 əsgər xəstəlikdən vəfat edib

Arxiv foto

Azərbaycan ordusunun iki əsgəri vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna məlumat verib.
Gəncədə yerləşən «N» saylı hərbi hissədə 18 yaşlı Ruslan Kərimov hemorragik vaskulit xəstəliyindən ölüb.
Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə isə 18 yaşlı Röyal Ağayevin ölümünə səbəb isə pnevmoniya olub.
Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.