Müxalifət İlham Əliyevin namizədliyinə etiraz edir

İctimai Palata 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə etiraz edir.

Palatanın oktyabrın 29-da keçirilən iclasında bu haqda bəyanat qəbul edilib.

Toplantıda «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə də etiraz edilib. Bildirilib ki, baş redaktorun həbsi azad sözə, müstəqil mətbuata qarşı təzyiqdir.