Sarayevadakı ABŞ səfirliyinə hücum edilib

ABŞ-ın Sarayevadakı səfirliyi avtomat silahdan atəşə tutulub.

Polisin sözçüsü İrfan Nefic hücum edənlərdən birinin yaralanaraq ələ keçirildiyini ,digər şübhəlinin isə hazırda axtarışda olduğunu deyir.

Həmçinin hücum zamanı səfirliyin gözətçisi və 1 polis xəsarət alıb.

Hücuma görə səfirlik müvəqqəti bağlanıb, ərazi polis nəzarətinə götürülüb.

Bosniyadakı kollektiv rəyasət heyətinin müsəlman üzvü Bakir İzetbegovic hücumu ittiham edib, bunun terror aktı olduğunu bildirib.