Moldova Ermənistana silah satdığına görə Azərbaycandan üzr istəyib?

Foto arxiv

Moldavanın Azərbaycandakı səfiri İqor Bodyuyerli jurnalistlərə deyib ki, Moldova Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istəyib. Onun sözlərinə görə Moldovanın baş naziri Vlad Filat Varşavada keçirilən Şərt Tərəfdaşlığı sammiti çərçivəsində bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə üzürxahlıq edib.

Səfirin sözlərinə görə Baş nazir Moldovanın həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı səhv siyasi addım adlandırıb.

Səfir qeyd edib ki, düzdür, Ermənistana silah satışına beynəlxalq qadağa yoxdur, amma
Azərbaycanla Moldova GUAM-ın üzvləridir və ümid edirk ki, bu fakt iki ölkə arasındakı münasibətlərə ziyan vurmayacaq.

O həmçinin qeyd edib ki, hazırda Moldovanın parlament və təhlükəsizlik şurası komissiyaları baş verən insidenti araşdırır.

Moldovanın Azərbaycandan hansısa formada üzr istəməsi barədə hələlik Azərbaycan rəsmilərinin özlərindən bir fikir səslənməyib.