Çində daha bir rahib intihara cəhd edib

Tibetdən olan rahib Çinin cənub-qərbindəki monastırda intihara cəhd edib. Bu barədə Free Tibet hüquq müdafiə təşkilatı məlumat yayıb. Məlumatda deyilir ki, rahibin sağ qalıb-qalmaması mənbəyə məlum deyil.

Bu artıq son il yarımda Tibetdən olan rahiblərin 10-cu intihar cəhdidir, onlardan 5-i ölüb. Tibetlilər Çin hökumətinin dini ayinlərin icrasına nəzarətlə bağlı qaydaları sərtləşdirməsinə etiraz edirlər.