Türkiyədə H.Əliyev liseyinin təməli qoyulub

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan İzmirdə videobağlantı vasitəsilə Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin təməlqoyma mərasiminə qoşulublar.

Liseyin inşası ilə bağlı protokol ARDNŞ ilə İzmir valiliyi arasında imzalanıb. 2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcək.

Azərbaycan prezidenti və Türkiyənin baş naziri liseyin təməlinin qoyulması münasibətlə təbriklərini çatdırıblar.