ABŞ Pakistanı Talibanı sıxışdırmağa çağırır

ABŞ Pakistanı öz ərazisindəki əfqan yaraqlılarını sıxışdırmağa çağırıb. Pakistanda keçirdiyi görüşlərdə Dövlət Katibi Hillary Clinton bildirib ki, regiondakı sabitlik üçün güclü Pakistana ehtiyac var. və Pakistan rəhbərliyi sərhədin o tərəfində Taliban yaraqlılarını sıxışdıran NATO və Əfqanıstan qoşunlarına yardım üçün Talibana təzyiq eləməlidirlər.