Kosovonun şimalında 8 NATO əsgəri yaralanıb

Kosovonun şimalında yerli serblərlə toqquşmada 8 NATO əsgəri yaralanıb.

Əsgərlər Serbiya ilə sərhəddəki nəzarət-buraxılış məntəqəsinə gedən yolda qurulmuş barrikadaları dağıtmaq istəyərkən nümayişçilər onlara mane olmağa cəhd göstəriblər.

Yerli serblər iyuldan Kosovo ilə Serbiya arasındakı iki sərhəd məntəqəsini blokadaya alıblar.

Serbiya Kosovonun müstəqilliyini tanımır.