Azərbaycan-İran sərhəddində silahlı insident baş verib

Foto arxiv

Azərbaycan-İran sərhədində silahlı insident baş verib.

Bu barədə APA agentliyi hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Hadisə oktyabrın 19-u axşam saatlarında Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində baş verib.

İrandan Azərbaycana qanunsuz keçmək istəyən bir nəfər Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.