Hillary Clindon Oman sultanı ilə görüşüb

ABŞ dövlət katibi Hillary Clinton Oman sultanı Qaboosla görüşüb.

O casusluq ittihamıyla İranda həbsdə olan 3 ABŞ vətəndaşının azad edilməsinə görə, sultana minnətdarlığını bildirib.

Hillary Clinton Omana gözlənilməz səfər edib.

Səfər zamanı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlanmasında
İranın əli olmasının mümkünlüyü də müzakirə olunub.

Clinton Omana Liviyadan gedib.

Bu Qaddafi rejiminin devrilməsindən sonra dövlət katibinin Liviyaya ilk səfəridir.