Elif Şafakın “İskəndər” romanı azərbaycanca çap olunub

Kitabın üz qabığı

“Qanun” nəşrlər evi türk yazıçısı Elif Şafakın “İskəndər” romanını çap edib. 500 tirajla çap olunan kitabı azərbaycan dilinə Hunay Saday tərcümə edib.

“Ən çox – elə ən çox sevdiklərimizi incidirik”...

Tanınmış türk yazıçısı Elif Şafak-ın yeni romanını – əsərdəki bu cümlə daha yaxşı xarakterizə edir.

“İsgəndər” adlanan romanın baş qəhrəmanlarından biri – Türkiyənin bir kürd kəndində anadan olan Pembe adlı qadındır.

O ailə qurub əvvəl İstanbula, daha sonra Londona köçür.

Yazıçı üç uşaqlı bu ailənin qürbətdəki həyatından bəhs edir.

Buna bir “ana-oğul” romanı da demək olar.

Romanın adı – Pembenin oğlu İsgəndərin adından götürülüb.

Roman türk kişisinin şəxsiyyətinin necə formalaşması haqdadır.

Elif Şafak Türkiyədə kitabları ən çox satılan və ən çox pul qazanan yazıçılardan biridir.