Almaniya prezidenti Əfqanıstana səfərə gedib

Almaniya 2014-cü ildə Əfqanıstandan ordunu çıxardıqdan sonra da bu ölkəyə dəstəyi davam etdirəcək.

Bunu Almaniya prezidenti Christian Wulff bazar günü Kabildə əfqanıstanlı həmkarı Hamid Karzai ilə görüşdə deyib.

Hazırda Əfqanıstanda 5 minə yaxın Almaniya əsgəri var.

Bu son 44 il ərzində Almaniya prezidentinin Əfqanıstana ilk səfəridir.