Həftənin şəkilləri: 8-14 oktyabr

Oktyabrın 14-də New York polisi "Wall Street-i tutaq" şüarı ilə etiraz askiyası keçirənlərdən birini həbs edir. (Foto: Lucas Jackson/Reuters)

Pakistanda odun üzərində oturmuş 3 yaşlı qız. (Foto: Naseer Ahmed/Reuters) 

Kabulda dağıdlımış zirehli maşının üzərinə çıxıb şəkil çəkdirən əfqan qızlar. (Foto: Omar Sobhani/Reuters)

Liviyada Sirte şəhərini tutmaq istəyən Milli Keçid Hökumətinin döyüşçülərindən biri snayperdən qorunmaq üçün qaçır. 14 oktyabr. (Foto: Mohamed Messara)

Liviyada Muammar Qaddafinin sığındığı guman edilən Sirte şəhərində Milli Keçid Hökumətinin döyüşçüləri. (Foto: Saad Shalash/Reuters)

Mandatdan məhrum edilmiş əfqan deputat Simeen Barekzai deputat statusunun özünə qaytarılması tələbilə aclıq aksiyası keçirir. (Foto: Omar Sobhani/Reuters)

Misirdə toqquşmalar zamanı həlak olmuş xristianlardan birinin yaxını dəfn mərasimində. (Foto: Mohamed Abd El-Ghany/Reuters)

Moskvada küçədə dilənən qadın. (Foto: Kirill Kudryavtsev/AFP)

Yəməndə prezident Ali Abdullah Salehin tərəfdarlarının ona dəstək aksiyasında iştirak edən qadınlardan biri. 14 oktyabr. (Foto: Mohamed al-Sayaghi/Reuters)

Oktyabrın 9-da Çexiyada keçirilən fiziki qüsurlu idmaçıların atçapma yarışında fransız çapar Julien Lemme  yıxılır. (Foto: Joe Klamar/AFP)