Pakistanda 6 yaraqlı öldürülüb

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistan ərazisində keçirdiyi əməliyyat zamanı 6 yaraqlı ölüb.

Pakistan kəşfiyyatının məlumatına görə zərbə Cənubi Vəziristandakı kəndlərdən birinə vurulub.

Orda vaxtaşırı Əfqanıstan ərazisinə soxulan döyüş komandiri Maulvi Nazirin yaraqlıları gizlənibmiş.