Bağdadda iki partlayış olub, 15 adam ölüb

Dünən axşam İraqın paytaxtı Bağdadda baş verən iki partlayış nəticəsində 15 adam ölüb, 50 nəfər yaralanıb. Partlayış şiələrin yaşadığı Sədr məhəlləsində olub.

Polisin verdiyi məlumata görə, partlayış evlərdən birinin yaxınlığında törədilib. Camaat bura yığışanda ikinci partlayış olub.