Azərbaycanın komediya truppası Vaşinqtona gedir

Oktyabrın 24-də Azərbaycanın Dövlət Musiqili Komediya Teatrı Vaşinqtonda çıxış edəcək.

Bu, Dövlət Musiqili Komediya Teatrının 100 ildən çox bir dövrü əhatə edən tarixində ABŞ-a ilk səfəridir. Oktyabrın 24-də isə truppanın Vaşinqtonda ilk tamaşası olacaq. Biletləri azerimusicalcomedy.eventbrite.com saytında sifariş vermək olar.

İştirak pulsuzdur, ancaq saytda qeydiyyat tələb olunur.