Yaponiya xarici turistlərə 10 min pulsuz aviabilet verəcək

Yaponiya hakimiyyəti gələn il ölkəyə gəlmək üçün xarici turistlərə 10 min pulsuz aviabiletlər verəcək. Biletləri almaq istəyənlər on-line anketləri doldurmalıdır. Həmin anketlərdə onlar Yaponiyanın hansı ərazilərində olmaq istədiklərini göstərməlidirlər.

Bu ilin martında Yaponiyada baş vermiş güclü zəlzələ və sunamidən sonra ölkəyə gələn xarici turistlərin sayı xeyli azalıb.