Ermənistan ordusu Ağdamda irimiqyaslı hərbi təlimlər keçirir

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan Şahbulaq dağı və Uzundərə adlanan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıblar.

Oktyabrın 10-u səhər saatlarından başlayan təlimlərdə ağır artilleriyadan da istifadə edilir.

Partlayış səsləri Ağdam və ətraf rayonların kəndlərində eşidilir. /apa/