Misirdə baş verən qarşıdurmada azı 24 adam ölüb

Qahirə, 9 oktyabr 2011

Oktyabrın 9-da Qahirədə xristianlarla (koptlar) polislər arasında baş verən qarşıdurma nəticəsində azı 24 adam ölüb, 200-dən artıq adam yaralanıb.

Minlərlə xristian dövlət televiziyasının binası qarşısına yığışaraq Asuan əyalətindəki kilsəyə hücuma etiraz ediblər.

Etirazçılar polisə daş və yandırıcı butulkalar atıblar. Bir neçə maşını yandırıblar.

Asuan əyalətinin qubernatoru Mustafa əl-Saidin şəklini yandırıblar. Qubernator Marinap kəndindəki kilsənin qanunsuz tikildiyini bildiribmiş. Etirazçılar onun istefa verməsini, kilsənin isə bərpa olunmasını tələb ediblər.

Xristianlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.