Azərbaycan ordusunun əsgəri intihar edib

Naxçıvandakı “N” saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mədət Vəliyev özünü öldürüb.

Hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Mədət Vəliyev ailə münaqişəsi zəminində əsəbləşərək yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.