Azərbaycan və Ermənistanın müdafiə nazirləri görüşüblər

Brüsseldə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib.

APA-nın məlumatına görə, Səfər Əbiyevlə Seyran Ohanyan görüşdə Azərbaycan və
Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması hallarını müzakirə ediblər.

Azərbaycan və Ermənistanın müdafiə nazirləri Brüsseldə NATO-ya üzv olmayan, İSAF əməliyyatlarında iştirak edən ölkələrinin müdafiə nazirlərinin toplantısında iştirak edirlər.