5 gün iş olmayacaq

Azərbaycanda Qurban bayramı 6-7 noyabr tarixlərində qeyd olunacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lent.az-a verdiyi məlumata görə, 6 noyabr bazar gününə düşdüyü üçün 8 noyabr qeyri-iş günü olacaq.

Noyabrın 9-u isə Dövlət Bayraq Günüdür. Həmin gün də qeyri-iş günüdür.