Bu gün Beynəlxalq Müəllimlər günüdür

Bu gün Beynəlxalq Müəllimlər günüdür. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda oktyabrın 5-i müəllimlərin peşə bayramı kimi qeyd olunur.

Prezident İlham Əliyev bu il də Beynəlxalq Müəllimlər günü ilə əlaqədar tədrisdə fərqlənən bir qrup müəllimə fəxri adlar verib.