Avropa Birliyi Yunanıstana yardımı təxirə saldı

Avropa Birliyi  Yunanıstana  maliyyə yardımının növbəti tranşını təxirə salıb. Oktyabrın 4-də Luksemburqda keçirilən  Maliyyə nazirlərinin toplantısında qərara alınıb ki, öncə beynəlxalq auditorların Yunaıstanın maliyyə sistemində yoxlamaları başa çatmalıdır. 
 
Hazırda auditorlar rəsmi Afinanın büdcə kəsirini azaltmaq yetərincə islahat aparıb-aparmadığını araşdırıb. Və bu araşdırmanın nəticəsindən asılı olaraq 8 milyard avroluq maliyyə yardımı haqda qərar veriləcək.
 
Yunanıstan bəyan edib ki, əgər bu yardım edilməsə noyabrın ortasına qədər dövlətin pulu qurtaracaq və öhdəliklərini yerinə yetirə bilməyəck.