Karzai Talibanla birbaşa danışıqlardan imtina edir

Əfqanıstan hökuməti talibanla mübarizədə Pakistan hakimiyyətinin göstərdiyi səylərin nəticələrini görmək istərdi.

Bunu Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Janan Mosazai Kabildə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Pakistan hələ ki, Talibanla dialoq qura bilməyib.

Əfqanıstan prezidenti Hamid Karzai isə bundan əvvəl Talibanla birbaşa danışıqlardan imtina edib və bildirib ki, bu Pakistanın vasitəçiliyi ilə mümkündür.