Liviyada Sirteden sakinlər qaçır

Liviyadan gələn məlumata görə Srte şəhərində müvəqqəti hökumətin əsgərləri devrilmiş lider Muammar Qaddafiyə tabe olan silahlı qüvvələrə hücum ediblər. Sakinlər döyüş meydanına çevrilən şəhəri tərk edirlər. Sentyabrın 30-da gün boyu şəhərdən 100 minə yaxın maşın çıxıb.

Raket və tank atəşləri ilə şəhərin mərkəzi qara tüstüyə bürünüb. NATO təyyarələri də şəhərin üzərindən uçuşlar edir.

Muammar Qaddafi paytaxt Tripolini tərk etsə də Liviyanın bir neçə şəhərinə - o cümlədən də doğulduğu Sirteyə hələ də nəzarəti saxlayır.