Həmsədrlər iş planlarını prezidentlərə təqdim ediblər

Həmsədrlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri – Bernar Fasye (Bernard Fassier), Robert Bradtkeİqor Popov sentyabrın 29-da Varşavada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdükdən sonra bəyanat yayıblar.

Bəyanatda deyilir ki, həmsədrlər dekabrda Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclasına qədər olan müddətdə həyata keçirəcəkləri iş planlarını prezidentlərə təqdim ediblər. Onlar sülh müqaviləsinin çərçivəsini müəyyən edəcək Baza Prinsiplərinə dair fikir ayrılıqlarını dəqiqləşdirmək üçün tərəflərlə işləməyə davam edəcəklər.

Həmsədrlər Rusiya, ABŞ və Fransa prezidentlərinin Dovil bəyanatına sadiq olduqlarını bəyan edirlər.

Həmsədrlər bu iş planını həyata keçirmək məqsədilə yaxınlarda
Bakı və Yerevana səfər edəcəklər.