Bəhreyndə daha bir aksiyaçı ölüm cəzası alıb

Bu gün Bəhreyndə hökumət əleyhinə aksiyalarda iştirak etmiş daha bir şəxs ölüm cəzasına məhkum edilib. O polis əməkdaşının ölümündə ittiham olunub. 20 həkim və tibb bacısı isə müxtəlif müddətlərdən 15 ilə qədər azadlıqdan məhrum ediliblər. Onlar nümayişçilərə yardım göstəribmişlər.

Bəhreyn krallığı əhalisinin əksəriyyəti şiələrdir. Ölkəni sünnilər idarə edir.

Fevral və mart aylarında keçirilən etiraz aksiyalarında nümayişçilər şiələrin hüquqlarının genişləndirilməsini tələb edirdilər.